Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 09:14:00
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər  

Azərbaycan Texniki Universitetində (AzTU) Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla, digər 16 şəhərdə “Mobillik planı”nın həyata keçirilməsi istiqamətində işlər aparılır.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, şəhər nəqliyyat sisteminin inkişafı üçün nəqliyyat və nəqliyyat-sosioloji vəziyyətin təhlilinə (nəqliyyat və marşrut şəbəkəsinin monitorinqi – avtobus marşrutlarında sahələr üzrə sərnişinlərin sayılması, yol ayrıclarında intensivlik və işıqforların iş rejiminin müəyyən edilməsi və s.) dair ilkin verilənlər (data) toplanılır.

 

İlkin mərhələdə Nəqliyyat və logistika fakültəsində təhsil alan tələbələr Şəmkir, Yevlax və Naftalan şəhərlərində aparılan sorğu və monitorinqlərə cəlb ediliblər. Hazırda nəticələrin emalı və təhlillərin aparılması davam etdirilir.

 

Qeyd edək ki, layihə üzrə işlər Nazirlər Kabinetinin “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq sərəncamı çərçivəsində həyata keçirilir.