Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 15:49:00
Universitetinin 48.000 işçisi əməkhaqqının artırılması tələbi ilə etiraz edir  

Kaliforniya Universitetinin işçiləri bu tədris müəssisənin 10 kampusunda eyni vaxtda etiraz aksiyası keçirib. Onlar əməkhaqqının artırılmasını tələb edirlər. Etirazçılar arasında 17.000 tədqiqatçısı tələbə də olub.

 

AzEdu.az xəbər verir ki, universitetdə işləyən müəllimlərin köməkçiləri, repetitorlar və başqa tələbələr əvvəlcə əməkhaqqının və müavinətlərin artırılması barədə universitetin müdiriyyəti ilə danışıqlar aparıb, bu danışıqlar nəticəsiz qalanda isə ümumi etiraz aksiyası keçirməyə başlayıblar.

 

Danışıqlarda işçiləri təmsil edən “Avtomobil sənayesi işçilərinin birləşmiş həmkarlar ittifaqı” oktyabr ayında Universiteti əmək qanunvericiliyini pozmaqda ittiham edən bəyanatla çıxış edib. Universitetin məzunları istirahət günlərində müddətsiz tətil keçirilməsi təklifinə səs veriblər. Bu, ABŞ tarixində ən genişmiqyaslı tətil olacaq.

 

Etiraz aksiyasının əlaqələndiricisi Cek Devis bildirib ki, müəllimlərin assistentləri ildə təqribən 20.000 – 25.000 dollar qazanır. Universitetin qəbul komissiyasının məlumatına görə, kampusdan kənarda yaşamaq və qidalanmaq xərcləri ildə təqribən 15.000 dollara bərabərdir. “ABC 7 Los Angeles” telekanalının məlumatına görə, aspirantlar aylıq gəlirlərinin təqribən yarisini mənzil kirayəsinə sərf edirlər.

 

Azərtac