Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-13 14:47:00
Bloq yaratmağı öyrənən şagirdlərlə növbəti görüş – Gənc yazarla müzakirə-FOTO

 

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrand layihə”sində fərdi kateqoriya üzrə qalib olmuş,Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin müəllimi Sara Selcanın(Şirinovanın)”Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma üzrə müsabiqələrin keçirilməsi”  çərçivəsində görüşlər davam edir.

 

09.11.2022-ci il tarixdə Dünya Gənc Türk yazarlar Birliyinin sədri,AYB-nin üzvü,Prezident təqaüdçüsü  İntiqam Yaşarla şagirdlərin görüşü təşkil olunub.

Onlayn formada keçirilən görüşdə gənc yazar şagirdlərə DGTYB –i haqqında məlumat verib.Bu qurumun türk xalqlarının mədəni həyatında böyük mədəni rolundan,gördüyü işlərdən danışan şair müasir türk dünyasının ədəbi həyatı,tanınmış simaları haqqında şagirdləri məlumatlandırmış,  mütaliə üçün öz tövsiyələrini verib.

 

Açıklama yok.

Şairiə yaradıcılıq, ədəbiyyat  haqqında suallar verən şagirdlər eyni zamanda öz qələm təcrübələrini də səsləndirmiş,şairə ədəbiyyat haqqında müxtəlif suallar veriblər.

 

Hacıqabullu şagirdlərlə tanışlıqdan məmnun qalan şair onlara öz şeirlərindən oxumuş,ədəbiyyatın insan həyatında böyük rolu olduğundan söz açmış və layihəyə uğurlar arzulayıb.