Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 17:00:00
Güney Azərbaycan təhsilində son vəziyyət-“Minlərlə soydaşımız fars dilində yazmaqdan imtina edir”

 

“Tehran şəhərində 60 erməni məktəbi olduğu halda, Azərbaycan türkcəsində təhsil verən bir məktəb belə yoxdur”.

 

İranda molla rejiminin hakimiyyəti altında çoxsaylı Azərbaycan vətandaşı təhsil almaqda çətinlik çəkir.

 

Cənubi Azərbaycanda yaşan soydaşlarımızın yüz illərdir ki, dili və mədəniyyəti təzyiq altındadır. Azərbaycan türkcəsində məktəb, milli dərs vəsaiti yoxdur.

 

Bəs hazırda Cənubi Azərbaycanda yerləşən təhsil müəssisələrində vəziyyət necədir?

 

Cənubi Azərbaycan üzrə tədqiqatçı Esmira Fuad mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında orada olan soydaşlarımızın öz dillərində təhsil ala bilmədiyini qeyd edib:

 

“Bu gün Güney Azərbaycanda, Azərbaycan türkcəsində təhsil ala bilmir, 40 milyona yaxın azərbaycanlının məktəbi yoxdur. Tehran şəhərində 60 erməni məktəbi olduğu halda, Azərbaycan türkcəsində təhsil verən bir məktəb belə yoxdu. İran hal-hazırda uçuruma doğru gedir. Baş verən hadisələrdə  yüzlərlə insan həlak olub, güllələnib. Həyatını itirən şəxslər arasında uşaqlarda var. Düşünürəm ki, onların milli lideri, ideoloji rəhbəri olmalıdır. İdeologiya olmadan, pərakəndəlik yenədə hərəkatın süqutuna gətirib çıxaracaq. Bütün imperiyaların məhvə məhkum olduğu kimi, İran da bu gün məhvə doğru irəliləyir”.

 

Təhsil Nazirliyi – GAMAC

Tədqiqatçı vətəndaşların təhsilsiz qalmasının səbəb olacağı problemlərdən söz açıb:

 

“Baş verən hadisələri yalnız din ilə əlaqələndirmək doğru olmaz. Din insanları cəhalətə sürükləyir, onları müəyyən məcralara yönəltməkdə güclü bir vasitədir. Baş verən hadisələr təkcə molla rejiminin yaratdığı fəsadlar deyil. Bizdə Azərbaycan türkcəsi azad olduğu halda, rus və ingilis dilinə güclü maraq özünü göstərir. Ölkəmizdə bir çox müəssisə və qrumların adları xarici dildədir.  “Tarqovı” adlanan mərkəzi meydanımızda bir dənə belə Azərbaycan dilində müəsissə adı görə bilmərik.  Yəni bu problem bizim özümüzdə də müşahidə olunmaqdadır.  Cənubi Azərbaycanda yaşayan xaqların yüz illərdir ki, dini və mədəniyyəti təzyiq altındadır. Azərbaycan türkcəsində məktəb, milli dərs vəsaiti yoxdur. Kitabları tamamilə qadağan olunsa da, son illərdə Azərbaycan türkcəsində, əski Azərbaycan yazısı ilə çap olunmaqdadır.  Baş verənlərə baxmayaraq insanlar Azərbaycan türkcəsində ünsiyyət qurur, analar övladlarına Azərbaycan türkcəsində laylalar söyləyir. Minlərlə soydaşımız fars dilində yazmaqdan imtina edir”.

 

“Güneydə yaşayan vətəndaşlarımız hər zaman Bakını özlərinə mərkəz, ay-ulduzlu bayrağımızı özlərinə müqəddəs biliblər”

 

“Güney Azərbaycanda öz dilimizdə saysız-hesabsız ədəbi dərnəklər fəaliyyət göstərir. Bütün bunlar soydaşlarımızın Azərbaycan dilinin unudulmamasına köməklik göstərmək üçündür.  Bu gün Güney Azərbaycanda, Azərbaycan dili ədəbi dil səviyyəsində olmasa da, danışıq dili səviyyəsində qorunub saxlanılır.  Birinci və ikinci  qarabağ müharibəsində  Quzey Azərbaycanda olan qardaş və bacılarının yanında olub, hər zaman onlara dəstəklərini ifadə ediblər . Müharibə dövründə ermənilərə dəstək olan farsaların qarşısında durublar”.

 

Tədqiqatçı Güney Azərbaycanda fəaliyyət göstərən Əli Daşqının “Əsir torpaq-Qarabağ” əsərindən söhbət açıb:

 

“Əli Daşqın  “Əsir torpaq-Qarabağ” poemasında 1993-cü il işğaldan sonra  Ağdam, Zəngilan, Fizuli, Xocalı şəhərlərini poetikləşdirmişdi.  Əli Daşqının sözügedən əsərində bugünki qələbəni görmək  olar. Azərbaycan torpaqlarının əsarətdə qalmayacağını o zaman vurğulamışdır”.

 

“Torpaqlarımızın tam şəkildə birləşməsinin yolu Təbrizdən keçir. Güneyli qardaş və bacılarımız hər  zaman bizimlə bir olduqlarını söyləyiblər. Mən də bir azərbaycanlı kimi özümü baş verən proseslərin mərkəzində hiss edirəm və bacardığım qədər öz dəstəyimi göstərməyə çalışıram”-deyə ,o bildirib.

 

Murad Əliyev