Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 17:17:00
Şagirdləri uğura aparacaq metodlar – “Oyun terapiyas”ının inanılmaz faydaları-FOTOLAR

 

 

11.11.2022 -ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Ramiq Abidov adına 85 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Grant Müsabiqədə qalib gələn "Oyun terapiyası" adlı layihənin açılışı və valideynlər üçün nəzərdə tutulmuş ilk təlimi keçirilib.

 

Adıçəkilən məktəbin müəllimi  Aygün Mədətova AzEdu.az-a açıqlamasında  müəllifi olduğu layihənin vaciblik və faydaları barəsində bunları deyib:

 

Açıklama yok.

 

“Oyun uşaqlar üçün təbii bir prosesdir  və uşaq deyildiyində  ağıla ilk gələn oyun olur. Oyun  uşağın özünü ifadə etmək üçün  istifadə etdiyi simvolik bir dildir.

 

Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Oyun terapiyası zamanı emosional problemlərini ifadə etmələri üçün uşaqlara müxtəlif oyuncaqlar təqdim edilir. Bu zaman uşaqların oyuna və oyuncaqlara münasibətinə əsasən psixoloq uşağı narahat edən problemləri aşkara çıxarır”.

 Açıklama yok.

 

Açılış mərasimində "Oyun terapiyası" layihəsinin faydalılığını əks etdirən çıxışlar səsləndirilib. Bəzi nümunələr əyani şəkildə şagirdlərin diqqətinə çatdırılıb.

 Açıklama yok.

 

Adıçəkilən layihənin önəmliliyini artıran meyarlardan biri də onun praktikiliyidir. “Oyun terapiyası” layihəsinin icra prosesində şagirdlərin zehni və psixoloji inkişafı üçün bir çox vacib metodlar təqdim ediləcək.