Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 16:36:00
Azərbaycanda son sutkada 44 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 823 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 9 959 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 005, bu günə qədər isə ümumilikdə 7 341 262 test icra olunub.