Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 15:14:00
İran universitetlərində nə baş verir?-Tələbələrin istəkləri-VİDEO 

Cənub qonşumuz İranda vəziyyət son dərəcədə qarışıqdır. İranda eləcə də, Təbriz şəhərində  bir sıra universitetlər etiraz aksiyalarına qoşulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

Təbriz İncəsənət Universitetinin öyrənciləri lövhədə İranın repressiv hökumətinə xəbərdarlıq mesajı yazıb:

Mesajda deyilir: "Bu mətn silinər, amma qan heç vaxt silinməz!"

 

Tehranda Elm və Mədəniyyət Universitetinin öyrənciləri dərsləri boykot ediblər.

 

Tehranda Elm və Mədəniyyət Universitetinin öyrənciləri dərsləri boykot edərək yaylıqlarını açıb və repressiv molla rejiminə qarşı şüarlar səsləndiriblər:

"Azadlıq, azadlıq", "azad qadın mənəm!"

 

 

Tehranda Pars Memarlıq Universitetinin tələnələri aksiyaları genişləndirəcəklərini bildiriblər:

Tehranda Pars Memarlıq Universitetinin öyrənciləri aksiyası keçirərək etirazları daha da genişləndirəcəklərini bildirib.

Narazı tələbələr anri-hökumət şüarı səsləndiriblər: "Deməyin ki, bu sondur, hələ davamı var".

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları