Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-09 16:25:00
Bərdə məktəbliləri Vətən müharibəsi iştirakçısı ilə görüşüb-FOTO

Bu gün Bərdə rayon Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbin I sinfində sinif rəhbəri Samir Abbaslı müəllimin təşəbbüsü ilə 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ”Zəfər günlərimin şahidi - Bayraq” adlı tədbir keçirilib.

 


Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib.

 


AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan sinif rəhbəri Samir Abbaslı şagirdlərə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışıb, şanlı Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından söz açıb. Bildirib ki, əsgər və zabitlərimizin qəhrəmanlıqları sayəsində düşmən ordusunun “məğlubedilməz” ordu mifi darmadağın edilib, işğal altında olan torpaqlarımız azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun yenilməz qüdrətinin bariz göstəricisi, Prezident-Xalq-Ordu birliyinin möhtəşəm təcəssümü idi. 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazanılan tarixi Qələbə xalqımıza misilsiz qürur hissi yaşadıb.
Daha sonra çıxışda sinif rəhbəri Samir Abbaslı Dövlət Bayrağı günü ilə bağlı şagirdlərə məlumat verib. Ulu öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Dövləti Bayrağı bundan sonra da dünya azərbaycanlılarının qürur mənbəyi olaraq daim dalğalanacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər bayrağımızı 30 illik həsrətdən sonra doğma yurdumuza geri qaytardı və bu gün bayrağımız həmin ərazilərdə də qürurla dalğalanır və biz çox xoşbəxt xalqıq ki, bu tarixi hadisələrə şahidlik edirik.

 


Tədbirdə sinif rəhbəri Samir Abbaslı müəllimin dəvəti ilə Vətən müharibəsi iştirakçısı, Əlizadə Həsən Vidadi oğlu və “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Şəhid Emin Hüseynovun anası Hüseynova Fəridə ana da iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərin iştirakçısı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuş qazi Həsən Əlizadə Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb, şagirdlərə ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verib. Şəhid anası Fəridə ana Eminin hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şagirdlərə ətraflı məlumat verib.
Daha sonra sinif rəhbəri Samir Abbaslı - Vətən müharibəsi iştitakçısı Həsən Əlizadəyə və şəhid anası Fəridə anaya sonsuz təşəkkürünü bildirib, torpaqlarımız uğrunda şəhid və qazi olmuş vətən oğullarımızın həyat yolunun hər bir Azərbaycan vətəndaşına örnək olduğunu vurğuladı. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən qazi ilə görüş şagirdlərin xatirələrində əbədi qalmaqla yanaşı, onların keçdiyi qəhrəmanlıq yolunu öz dillərindən eşitmək yeniyetmələr arasında vətənpərvərlik hisslərinin daha da yüksəldir.


Daha sonra şagirdlərin ifasında bayraq, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, video çarx nümayiş olunub.