Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 18:00:00
Modern və faydalı  məktəb nümunəsi – Uğurlu təhsil müəssisəsi-FOTOLAR

 

 

Məktəb təlim-tərbiyə ocağı və xalqın mənəvi beşiyidir. Məktəb bizim ikinci evimizdir. Hər birimiz məhz bu müqəddəs ocaqdan müstəqil həyata vəsiqə alırıq. Əminliklə deyə bilərik ki, əsl vətəndaş kimi yetişməyimizdə ən böyük rolu elə məktəb illərimizdə qazandıqlarımız oynayır. O bizə təkcə bilik vermir, ilk həyat təcrübələri də, mənəvi zövqün formalaşması da, fərdi düşüncə və yanaşma tərzi də, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli də məktəb dövründə yaranıb inkişaf edir.

 

 

Bu gün sizi paytaxt məktəblərindən biri ilə tanış etmək istəyirik. Bu, Bakı şəhəri Yasamal rayonunda yerləşən  C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdir. Məktəb Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin ərazisində yerləşir. 2019-cu ilin sentyabrında Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban Əliyeva məktəbin açılışında iştirak edib. və elə həmin vaxtdan məktəb fəaliyyətə başlayıb.

 

Açıklama yok.

 

Bu təhsil ocağı 1 əsas  binadan ibarətdir. Bina 3 mərtəbəlidir. 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Məktəbdə ibtidai sinif şagirdləri üçün dərslər “Sağlam təhsil – sağlam millət” layihəsi əsasında hazırlanan sinif otaqlarında keçirilir. Binada fənn kabinetləri, sinif otaqları, akt zalı, idman zalı yerləşir.

 Açıklama yok.

 

Hər bir ümumtəhsil müəssisəsi özünün daxili ənənələrini yaratmalı və zamanla onu inkişaf etdirməlidir. Məktəbə xas olan ənənələr daim  qorunmalı, nəsildən nəslə ötürülməlidir. Yeni yaranmasına baxmayaraq, bizim məktəbimiz də artıq öz ənənələrini yaratmağa başlayıb. Təsadüfi deyil ki, məktəb qısa müddət ərzində təlim və təhsildə bir sıra uğurlu nəticələr əldə etməyə nail olub.

 

 Açıklama yok.

 

Şagirdlərimizin müxtəlif bilik yarışlarında iştirakı, xüsusi qabiliyyət tələb edən müsabiqələrdə yer tutması, ölkəmiqyaslı tədbirlərdə çıxış etməsi buna bariz nümunədir. Cari ildə keçirilən 9-cu siniflər üzrə buraxılış imtahanlarında doqquzuncularımızın timsalında məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər arasında 17-ci yer, Yasamal rayonu üzrə isə 2-ci yerdə qərarlaşmış, 3 şagirdimiz imtahanı “Fərqlənmə” ilə başa vurub. Bu isə nəinki yeni yaranan, ümumiyyətlə, bir məktəb üçün böyük uğurdur.

 

Açıklama yok.

 

Məlumdur ki, məktəb insanlara təhsil, elm, tərbiyə verən, onlara əxlaqi dəyərləri aşılayan bir məkan,  bu məkanda bütün bu işləri görən aparıcı qüvvə isə məktəb rəhbərliyi və müəllimlərdir.

 

Açıklama yok.

 

Ümumi təhsil məktəblərində uğur əldə etmək üçün idarəetmənin düzgün qurulması olduqca vacib məsələlərdən biridir. Məktəb rəhbərinin fəaliyyəti səmərəli, şəffaf və hamıya açıq olmalıdır. Məktəbdə sağlam mühitin formalaşdırılmasının böyük əhəmiyyəti var. Təlim-tərbiyə işinin təşkili zamanı ilk növbədə sağlam psixoloji mühit yaratmaq lazımdır. Məktəbimizdəki fəaliyyət düzgünlük, səmimiyyət, hörmət və etibara söykənir. Müəllim, şagird və valideynlər təhsil müəssisəsini doğma məkan hesab edirlər.

 

Açıklama yok.

 

Müəllim hər zaman yeniliklərə açıq olmalı, öz üzərində işləməli, özünü inkişaf etdirməyə çalışmalıdır. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bal toplayaraq daimi iş yeri kimi məktəbimizi seçən müəllimlərimiz hər zaman elmi və psixoloji məqalələr oxuyaraq, mütaliə edərək, öz üzərində işləyərək özünüinkişafa böyük önəm verir. Müxtəlif yerli və beynəlxalq  təlimlərdə, layihələrdə iştirak edir, uğur qazanırlar. Bunlar arasında Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Qrant müsabiqə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ərsəyə gələn “Yaradıcı müəllim” müsabiqəsi, “Təhsildə yeni çağırışlar” beynəlxalq forumu və s. var. Həmçinin qürurla vurğulaya bilərik ki, məktəbimiz respublika üzrə ”İnnovativ məktəb” layihəsinə cəlb edilən 5 məktəbdən biridir.

 

Açıklama yok.

Məktəbimizdə hər kəs ümumi iş - məktəblilərin zəruri bilik və bacarıqlara sahib olması, hərtərəfli şəxsiyyət kimi yetişməsi, inkişaf etməsi, dünyagörüşünün formalaşması üçün çalışır. İş düzgün qurulduğu müddətcə və ona məsuliyyətlə yanaşıldığı halda isə uğur qaçınılmazdır. Bir sözlə, məktəbimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. Biz – 161 nömrəli tam orta məktəb olaraq, qarşımıza böyük məqsədlər qoymuşuq. İnanırıq ki, bu məqsədə nail olmaq heç də uzaqda deyil.