Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 11:30:00
Tələbə kreditinin verilməsi üçün əlavə vəsait AYRILACAQ

Tələbə kreditinin verilməsi üçün növbəti il dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd olunub.

 

Bildirilib ki, 2021-ci və 2022-ci illərdə ayrılmış vəsaitləri də nəzərə aldıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 110 milyon manat təşkil edəcək.