Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-01 15:27:00
Elm və təhsil naziri Şəkidə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də Şəki şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edəcək.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbulda, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Sakinlər noyabrın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.