Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 12:33:00
Tənəffüs müddəti artırıla bilər?-Nazirdən CAVAB

 

“Bəzən problem məktəb tikmək deyil, bunun üçün yer tapmaq olur”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib.

 

Nazir məktəblərin birnövbəli təddrisə tam keçidindən söz açaraq, tənəffüf vaxtının arıtılması ilə bağlı təkliflərə aydınlıq gətirib:

 

“Hazırda ikinövbəli fəaliyyət göstərən məktəblərimiz var, amma biz çalışırıq ki, ümumitəhsil müəssisələrində dərslər birnövbəli olsun. Bakının Aşeron, Xırdalan, Masazır kimi bölgələrində əhali sıx məskunlaşdığı üçün hətta 3 növbəli məktəblərə belə rast gəlirik. Orta hesabla tədris planımızda 36, 34, 29 saat dərs var. Həftədə 5 gün dərsə gəlmək istəyiriksə, sadəc şəkildə 30-u 5 böldüyümüz zaman dərs 6 saat, yəni 6  45 dəqiqə edir.Tənəffüsləri 5 dəqiqə artırdığımız zaman isə qidalanma problemi yaşanacaq. Yəni uşaqlar səhər saat 8-də yemək yeyib məktəbə gəlir, günortaya kimi dərsi yekunlaşdırıb nahar üçün evə getməlidir. O səbəblə bu tipli sualların cavabını ayrı-ayrı məktəb kontekstinə buraxmaq lazımdır”.

 

E.Əmrullayev tənəffüs müddəti və dərs saatının başlaması kimi məsələlərin məktəb tərəfindən tənzimlənə biləcəyini qeyd edib:

 

“Adətən sovet dövrü mistik müsbət formada xatırlanır, nümunə göstərilir. O dövrdə məktəblər ikinövbəli idi və buna rəğmən tənəffüs üçün 5 dəqiqə verilir. O zaman birnövbəli məktəbdə bu müddətin artırılması necə mümkün olar deyə düşünmək lazımdır. Dərslərin saat 8-də başlaması da prinsipial mövqe deyil.Əgər valideynlər və məktəbin işçiləri razılığa gəlsələr, səhər dərsə 08:30-da da başlaya bilərlər. Bu tipli müzakirələri sadəcə mərkəzləşdirilmiş formada deyil, məktəblərin özləri üçün də təşkil etmək lazımdır. Əgər tənəffüsün 5 dəqiqə deyil, 7 dəqiqə olması uyğunlaşdırıla və tənzimlənə bilərsə, niyə də olmasın?”