Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 15:47:00
Şagirdlər böyük istiqlal şairini andılar - Əhməd Cavad-130-FOTOLAR

Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş "Çırpınırdı Qara dəniz" adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, 28.10.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Azərbaycanın istiqlal şairi, hürriyyət carçısı Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş "Çırpınırdı Qara dəniz" adlı tədbir keçirilib.

 

Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Sabunçu rayon icra başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, yazıçı, dramaturq, şair, publisist, Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, yazıçı, AzEdu Təhsil Portalının baş redaktoru Elmin Nuri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Mehriban Hacıyeva Əhməd Cavad yaradıcılığının işığına toplaşan tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, sözü dəyərli qonaqlara verib. Tədbirin rəsmi hissəsi bitdikdən sonra şagirdlərin ifasında Əhməd Cavadın şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib. Şairin həyat və yaradıcılığını əks etdirən video nümayiş etdirilib.