Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-26 11:29:00
Göygöl məktəbindəki problem aradan qaldırıldı-FOTO

 

Göygöl şəhəri 1 nömrəli tam orta məktəbdə uzun müddətdir su və işıq problemi yaşanır. Bununla bağlı məktəbin işçisi Elnur Hacıyev sosial şəbəkədə paylaşım edib.  

 

AzEdu.az xəbər verir ki, məktəbin müəllim, şagird və valideyn kollektivi təhsil nazirinə açıq məktub ünvanlayaraq sentyabrın 15-dən etibarən məktəbdə suyun olmadığını bildiriblər.

 

Həmçinin şagird və müəllim sayı ümumilikdə 1000 nəfərdən artıq olan məktəbdə 12 gündən artıq müddətdə  işıq probleminin yaşandığı da qeyd edilib. Müəllim məktəbin pedaqoji heyətinin şəxsi hesabına kommunal xərclər və digər çatışmaqlıqları qarşılmağa çalışdığını söyləyib.

 

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Göygöl Təhsil Sektoruna dəfələrlə rəsmi məktubla müraciət edildiyi, amma heç bir tədbirin görülmədiyi vurğulanıb.

 

Qeyd edək ki, Elnur Hacıyev paylaşımdan qısa müddət sonra Elm və Təhsil Nazirliyinin problemin həlli üçün operativ resaksiya verdiyini bildirib. Məktəbə nemayəndələr göndərilərək problemin aradan qaldırılması istiqamətində lazımı addımlar atılıb.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları