Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 17:18:00
İstedadlı şagirdlər üçün təşkil edilən intellektual yarış başa çatıb-FOTO

 

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yarıdımı ilə "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin qrant layihəsi olan "99-cu BAHAR" şagirdlərin bilik yarışı uğurla başa vuruldu.

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində Bakı şəhəri üzrə aparıcı tam orta məktəblərin istedadlı şagirdləri üçün təşkil olunmuş intellektual yarışmada yüzdən artıq məktəbli iştirak etmişdir.

 

İştirakçıların hər birinə hədiyyələr və sertifikat təqdim edilmişdir. Layihənin qaliblərinə isə YAP Yasamal rayon təşkilatının konfrans zalında diplomlar və hədiyyələr təqdim edilmişdir.

 

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri, məktəb direktorları və müəllimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdir.