Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 13:47:00
İsa Həbibbəyli deputat mandatından imtina edəcək? - AÇIQLAMA

AMEA-nın yeni prezidenti İsa Həbibbəyli deputat mandatından imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən İsa Həbibbəyli bu məsələnin müzakirə mövzusu olmadığını deyib.

 

Yeni prezident AMEA-dakı hədəflərindən də söz açıb:

 

“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək və dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur. Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək və dünya elminin nailiyyətlərini ölkəmizə gətirək”.

 

Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti məlum olub. Akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib. O, eyni zamanda Milli Məclisin deputatıdır.