Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 12:13:00
AMEA-nın yeni Nizamnaməsi -Nələr dəyişdi?

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı davam edir.

 

Azedu.az xəbər verir ki, iclas zamanı AMEA-nın yeni Nizamnaməsi təsdiq olunub.

 

AMEA-nın yeni Nizamnamə layihəsi barədə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzaladığını xatırladıb.

 

Nizamnamə 14 maddə və 228 bənddən ibarətdir.  Akademiyanın yeni Nizamnaməsinin layihəsi hazırlanıb. Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin fəaliyyət istiqamətləri, Akademiyaya seçkilər, elmi fəaliyyətin istiqamətləndirilməsi və s. kimi məsələlər əksini tapıb.

 

Həmçinin Humanitar və İctimai Elmləri əhatə etməklə dövlət ideologiyasının elmi əsaslarını müəyyən edən və cəmiyyətdə azərbaycançılıq düşüncəsinin, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə xidmət edən maddələrin də Nizamnamə layihəsində öz əksini tapdığı vurğulanıb.

 

 

Nizamnaməyə əsasən yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Həmin institut və təşkilatlar aşağıdakılardır:

 

1.Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.

  1. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:

2.1. Respublika Seysmoloji Xidmət Mərkəzi;

2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;

2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;

2.4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

2.5. Fəlsəfə və Sosiologiya İnstitutu;

2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

2.7. Nəsimi adına Dilçilik İnstitutu;

2.8. Memarlıq və İncəsənət İnstitutu;

2.9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

2.10. Folklor İnstitutu;

2.11. Qafqazşünaslıq İnstitutu;

2.12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

2.13. Lənkəran Regional Elmi Mərkəzi;

2.14. Şəki Regional Elmi Mərkəzi;

2.15. Mərkəzi Elmi Kitabxana;

2.16. “Elm” Nəşriyyatı.

  1. Naxçıvan bölməsinin Aparatı.
  2. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:

4.1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;

4.2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;

4.3. Əlyazmalar Fondu.

4.4Gəncə bölməsinin Aparatı.

4.5Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:

6.1. Humanitar Tədqiqatlar İnstitutu;

6.2. Diyarşünaslıq İnstitutu;

6.3. Nizami Gəncəvi Mərkəzi.

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.