Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 12:05:00
İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir. İmtahana qeydiyyat noyabrın 10-dək aparılacaq.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə olacaq. Bu günə olan məlumata görə, 10 (AC-10) nəfər qeydiyyatdan keçib.

 

İmtahanda iştirak etmək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.