Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 10:30:00
Sabah ilin ikinci Günəş tutulması baş verəcək  

Sabah ilin ikinci Günəş tutulması baş verəcək.

 

Bu barədə AzEdu.az -a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Astrofizika kafedrasından verilən xəbərə görə, bu tutulma qismən Günəş tutulmasıdır.

 

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

 

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.