Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 09:45:00
LDU-da Qarabağ həqiqətləri ilə bağlı tədbir keçirilib-FOTO

Lənkəran Dövlət Universitetinin "Tarix-coğrafiya və incəsənət" fakültəsində “Qarabağ həqiqətləri-erməni vandalizmi” mövzusunda keçirilən tədbiri fakültənin dekanı, dos.Zaur Məmmədov açıb.

 

AzEdu.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, böyük diplomatik bacarığı sayəsində düşmən tapdağından azad etdiyi Qarabağda erməni vandallarının törətdiyi ağlasığmaz vəhşiliklərdən, təbiətə və tarixi abidələrimizə, dini ibadətgahlara qarşı etdikləri vandalizm hallarından söz açan fakültə rəsmisi onların aradan qaldırılması istiqamətində aparılan kompleks bərpa-quruculuq işlərindən danışıb.


Tədbirdə “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti Emin Məlikov “İşğal altında olmuş memarlıq abidələrimiz” mövzusunda geniş məruzə edib. Məruzədə ermənilər tərəfindən alban dövrünə aid abidələrin tarixinin saxtalaşdırılması, onların guya ermənilərə aid olması ilə bağlı cəfəng iddialar yayması, bu yalanların dünyaya həqiqət kimi qəbul etdirilməsi istiqamətində apardıqları çirkin kompaniyalar, xalqımıza məxsus milli və dini abidələrimizin, ibadətgahlarımızın erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması haqqında ətraflı məlumat verilib. Məruzəçi bildirib ki, ermənilər tərəfindən bilərəkdən abidələrimiz dağıdılmış və tarixi saxtalaşdırılmışdır. 44 günlük müharibədə qazanılan Zəfər nəticəsində işğaldan azad edilən tarixi torpaqlarımızda milli abidələrimizin, dini ibədatgahlarımızın qorunması, bərpası istiqamətində əsaslı işlər aparılır və dağıdılmış abidələrin restavrasiyası mərhələli şəkildə həyata keçirilir.


Seminarda “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Qalib Əmənov “Qarabağın təbiəti: Bitki örtüyü və heyvanlar aləmi” mövsusunda geniş məruzə edib. Məruzədə işğaldan azad edilmiş ərazilərin flora və faunası, erməni vandallarının təbii sərvətlərimizi vəhşicəsinə talaması, meşə örtüyünə, flora və faunamıza ciddi ziyan vurmaları əyani şəkildə, slaydlarla nümayiş etdirilib. Hazırda təbii sərvətlərimizin qorunması, işğaldan azad edilmiş ərazilərin flora və faunasın bərpa edilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin apardığı böyük quruculuq işlərindən söz açılıb.


Tədbirdə "Tarix-coğrafiya və incəsənət" fakültəsinin professor-müəllim-tələbə heyəti iştirak edib.