Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 17:23:00
“Bu kitab məktəb psixoloqları üçün çox faydalı olacaq”-BŞTİ müdiri

 

“Məktəb psixoloqlarının səriştəsi və alətləri onlara çalımaq üçün imkan yaradır. Sadəcə olaraq bunu arzulamaq, istəmək lazımdır”.

 

BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan "Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva kitabın məktəb psixoloqları üçün vacibliyini vurğulayıb:

 

“Bu alətlərdən biri də AzEdu Təhsil Portalının təşəbbüsü ilə ərsəyə gətirilən “Məktəb psixoloqunun stolüstü kitabı”dır. Bu kitabın bütün fəsillərində yer alan faydalı məzmunlar məktəb psixoloqlarının fəaliyyətində yardımçı olacaq. Bu gün təhsildə yanaşma dəyişməlidir. Bu yanaşmanın dəyişməsində də psixoloqların rolu əvəzsizdir. Müəllim-şagird, müəllim-müəllim, ailə-məktəb, valideyn-müəllim münasibətlərindəki psixoloji bağları möhkəmləndirmək zəruridir. Əminəm ki, bu baxımdan kitab sizin üçün çox faydalı olacaq”.

 

“Müəyyən çətinliklərimiz var,amma hər şeyə nail olacağıq”

 

“Uşaqların tərbiyəsində yan təsirlər çox güclüdür. Biz onların tərbiyəsi və sağlam inkişafı üçün əlimizdən gələni etməliyik. “Məktəb psixoloqunun stolüstü kitabı” bir ilkdir. İnanırıq ki, psixoloji xidmətdə növbəti addımlarla bizi sevindirəcək və təhsildə istədiyimiz nəticəni əldə edə biləcəyik. Müxtəlif yanaşmalar, fikirlər mövcuddur,amma bizi heç nə qorxutmur. Bilirik ki, müəyyən çətinliklərimiz var. Amma hər şeyə rəğmən sizinlə birlikdə addımlayıb, öz istəklərimizə nail olacağıq”.

 

“Onu da qeyd edim ki, AzEdu Təhsil Portalı təhsilin yaxın qardaşıdır deyə bilərik. Hər zaman öz dəstəyini göstərib və göstərəcək də. Buna görə AzEdu-ya təşəkkürümüzü bildiririk”-deyə, BŞTİ müdiri bildirib.