Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 09:12:00
Məktəblərə gətirilməsi qadağan edilən əşyaralar-Telefon, saqqız...

 

Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan qaydalara əsasən, ağıllı saat və telefonlar, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidirlər.

 

AzEdu.az xəbər verir ki, aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır:

 

  • kəsici və deşici alətlər
  • təhlükəli, zəhərli və ya tez alışan maddələr
  • kibrit və alışqanlar
  • siqaret (elektron siqaret), saqqız, spirtli içkilər
  • təsbeh və zinət əşyaları kimi aksesuarlar
  • qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.

Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.

 

Təlimatla buradan tanış ola bilərsiniz.