Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 09:36:00
Şagird məktəbdə yüksək səslə danışmamalıdır-QAYDA

 

Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.

 

Bu “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”da yer alıb.

 

AzEdu.az xəbər verir ki, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsində şagirdlər aşağıdakı qaydalara uyğun hərəkət etməlidirlər:

 

  • dərslərə vaxtında gəlməli;
  • dərslik, dərs vəsaitləri və digər zəruri ləvazimatları gətirməli;
  • məktəb daxilində yüksək səslə danışmamalı;
  • cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməli;
  • başqalarının “şəxsi zonasına” hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməli;
  • dərs öyrənməni dəstəkləmək üçün aktiv dinləməli, müəllim sinfə müraciət edərkən danışmaq üçün əlini qaldırmalı, səs tonu və bədən dilinə diqqət etməli;
  • müəllimin təlimatlarına əməl etməli və səylə çalışmalı; tənəffüs zəngi vurulduğu halda belə tədris məkanını yalnız müəllimin icazəsi ilə tərk etməli;
  • tələb olunan ev tapşırığını yerinə yetirməli;
  • dürüst olmalı və qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidirlər.

 

Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və/və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.