Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 09:48:00
Şagirdlər məktəbdə bu qaydalara riayət etməlidirlər-RƏSMİ

 

Gələn ildən məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, şagirdlər davamiyyətlə əlaqədar aşağıdakı qaydalara riayət etməlidirlər:

 

  • ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün sonuna tərk etməməli;

 

  • hər bir fənn üzrə dərslərin 96%-dən çoxunda iştirak etməli (üzrlü səbəblər istisna olmaqla);

 

  • hər bir dərs zəngindən öncə sinif otağında olmalı;

 

  • təlim prosesi zamanı müəllimin icazəsi olmadan tədris məkanını tərk etməməli;

 

  • buraxılmış dərs saatları/günləri üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməli 1;

 

  • buraxılacaq dərs saatları/günləri ilə bağlı icazə almaq üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən (dərs günü ərzində şagirdin səhhətində problemlərin yarandığı və bu səbəbdən dərsdə iştirak edə bilmədiyi hallar istisna olmaqla) təqdim etməlidirlər.

 

Şagirdlər ümumi təhsil müəssisəsinə vaxtında gəlməlidirlər. Əgər şagird dərs zəngindən sonra sinif otağına daxil olursa, ümumi təhsil müəssisəsinin gecikmə ilə bağlı prosedurlarına əməl etməli, sakit şəkildə sinfə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır.

 

Təlimatla buradan tanış ola bilərsiniz.