Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 14:05:00
Müasir metodik xidmətin təşkili ilə bağlı təlimlərə başlanılıb

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən müasir metodik xidmətin təşkili ilə bağlı təlimlərə start verilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlərə Elm və Təhsil Nazirliyinin (ETN) tapşırığına əsasən regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş pilot məktəblərin direktor müavinləri cəlb olunublar. Müəyyənləşdirilmiş məktəblərdə ETN-in metodik xidmətlə bağlı pilot layihəsi həyata keçiriləcək.

 

Təlimlərin əsas məqsədi ümumtəhsil məktəblərinin idarə heyətinin metodik xidmət göstərmək üçün səriştəliliyinin artırılmasıdır.

 

Təlim iştirakçıları müəllim-şagird-valideyn münasibətləri, sinfin idarə olunması, öyrədici təlim mühitinin yaradılması, şagirdlərdə zəruri bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi, əlverişli təlim strategiyalarının tətbiqi, dərsdənkənar tədbirlərin hazırlanması ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Eyni zamanda, onlar real dərslər üzərində dərsdinləmə prosesinin aparılması və dərsdinləmə meyarlarının müəyyən edilməsi ilə bağlı praktik məşğələlərdə iştirak edəcəklər.

 

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların həmin mövzular üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təşkil edilən təlimlərin mütəmadi şəkildə və hibrid formada təşkili nəzərdə tutulur.