Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-04 09:16:15
Məktəb direktoruna yüksək vəzifə verildi - FOTO

 

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb.

 

Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.