Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 15:46:00
11-ci sinif şagirdi dərs zamanı öldü

Oğuz rayonunda məktəbli dərs zamanı ölüb.

 

AzEdu.az "Report"a istinadən məlumat verir ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

 

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizova idman dərsi zamanı qəfildən halı pisləşib.

 

O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürəktutması olub.