Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 09:46:00
12 yaşlı məktəblinin cansız bədəni tapıldı-Ölkəni  dəhşətə gətirən QƏTL

 

Cümə günü meyiti yaşadığı binanın həyətindəki konteynerdə tapılan 12 yaşlı məktəbli qızın şok edici qətli Parisliləri heyrətə gətirib.

 

Lola adlı qız günorta məktəbdən evə qayıtmadığı üçün atası narahat olub və polisə xəbər verib.

 

Axşam saatlarında məktəblinin atasının çalışdığı məhəllədə yerləşən bir yaşayış binasının qarşısında şəffaf plastik qablaşdırma qutusunda qızın cəsədi tapılıb.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Lolanın cəsədi qutunun içində əzilmiş və material örtüyü ilə gizlədilmiş halda tapılıb.

 

Onun əlləri və ayaqları bağlı idi və boynunda yara vardı.Cəsədin analizi nəticəsində məktəblinin boğularaq həyatına son verildiyi ortaya çıxıb. Cəsədin bir ayağında 0, digərində isə 1 yazıldığı bildirilib.

 

Polis hadisədə şübhəli bilinən 24 yaşlı Dahbia B adlı Əlcazəirli qadını həbs edib. Onun məktəbli ilə birlikdə yaşayış binasının əsas qapısından içəri girdiyi təhlükəsizlik kameralarında əks olunub və nəticədə kimliyi belə müəyyən edilib.

 

Lolanın bu şəklini anası Facebook müraciətində paylaşıb

 

Şahidlərdən biri sorğu zamanı onun orqan alveri işində pul müqabilində kömək istədiyini söyləyib. Amma polis məsələnin ciddi olmadığını bildirərək, qadının psixoloji problemlərinin olduğunu açıqlayıb.

Polis 15 yaşına çatmayan şəxsin işgəncə və vəhşiliklə müşayiət olunan qətli ilə bağlı araşdırma açıb. Dahbia B-nin məhkəmə istintaqına cəlb ediləcəyi və həbsdə saxlanacağı gözlənilir. Lolanın məktəbində isə həm şagirdlər, həm də valideynlər narahat olduqlarını bildiriblər. Təhsil naziri Pap Ndiaye və Paris meri Anne Hidalgo məktəbi ziyarət ediblər. Həmçinin şagirdləri rahatlaşdırmaq üçün psixoloji dəstək qrupları da göndərilib.

 

Məktəblinin atası isə mətbuata açıqlamasında yaşadıqları məhəllədə heç kimə güvənə bilmədiklərini və digər övladı üçün qorxduğunu bildirib. Şəhərdə övladı məktəbə göndərən bir çox valideyn hadisədən sonra qorxu içində olduğunu qeyd edib. Valideynlərin əksəriyyəti övladlarını özləri məktəbə gətirməyə, dərs bitdikdən sonra evə aparmağa çalışacaqlarını söyləyiblər.

 

Qeyd edək ki, ölkə prezidentinin həyat yoldaşı da hadisədən sarsıldığını bildirib.