Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 13:11:00
Şagirdlərin Nəzərinə! - Məktəbdən dərslik alarkən diqqətli olun

Yeni tədris ili yaxınlaşdıqca şagirdlərin məktəbli formasıı və dərslik məsələsi gündəmə gəlir.

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, şagirdlər dərslikləri oxuduqları ümumi təhsil müəssisəsindən ən azı on gün əvvəl əldə edə bilərlər.

Dərsliklərlər təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə  vaxtında  məlumat verilməlidir.

Dərsliklər hər şagirdə bir tədris ili ərzində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Qeyd edək ki, yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodiki vəsait çap edilib. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları