Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 11:41:00
“Evinə bir tikə çörək aparan müəllimə güzəşt etsək...”-Nazirdən konkret cavab

 

 

“Bu gün evinə bir tikə çörək apara bilən müəllimə güzəşt etsək,  gələcəkdə 40 min nəfərin evinə çörək aparmasında problem yaranacaq”.

 

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-y müsahibəsi zamanı səsləndirib.

 

O, sertifikasiya prosesindən keçə bilməyən müəllimlərlə bağlı fikirlərini ifadə edib:

 

”Bəzi insanlar elə düşünür ki, sertifikasiya prosesindən keçməyən müəllimlərin çörək pulu kəsiləcək, məsələ belə deyil. Biz problemə bu şəkildə yanaşmamalıyıq. Təhsil sistemi böyükdür, biz prosesdən keçə bilməyən müəllimlərə yenə də imkanlar yaradacağıq. Onların inkişafı üçün dəstək göstəririk və bu yenə də davam edəcəkdir. Öyrənmək heç bir yaşda gec deyil. Lakin biz 300 insanın sosial vəziyyətindən danışarkən, 100 minlərlə şagirdin gələcəyini də arxa plana atmamalıyıq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları