Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 15:03:00
Uşaq hüquqları ilə bağlı BŞTİ-yə müraciətlər ünvanlanır

 

“Uşaqların hüquqlarının təmin edilməsi istiqamətində yaranan problemlərlə bağlı BŞTİ-yə müəyyən müraciətlər ünvanlanır”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlaması zamanı deyib.

 

O, məktəbyaşlı uşaqların hüquqlarının pozulması istiqamətində atılan addımlardan söz açıb:

 

“BŞTİ-nin tərkibində xüsusi hallarla bağlı komissiya fəaliyyət göstərir. Yerlərdə baş verən hadisə dərhal həmin komissiyaya yönləndirilir. Biz müəyyən təşkilatlarla əməkdaşlıq edərək həmin problemlərin həlli istiqamətində addımlar atırıq. Bu kimi mənfi hallar ailədə, məktəbdə yaşana bilər, həmçinin bullinq və mobinq əsaslı ola bilər. Biz çalışırıq ki, onları həll edək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları