Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 14:37:00
“Məktəblərin qışa hazırlanması üçün tədbirlər görülür”-BŞTİ müdiri

 

“Payız-qış mövsümü ilə əlaqədar Bakı məktəblərində hazırlıq işlərinə start verilib”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlaması zamanı deyib.

 

O, istilik sistemi ilə bağlı məsələlərin həll olunduğunu vurğulayıb:

 

“BŞTİ, Elm və Təhsil Nazirliyi, Azəriqaz və Azəristiliklə görüş keçirib, problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Hazırda test edilmək üçün məktəblərə qaz verilib. Düşünürəm ki, proses düzgün nizamlanacaq. Uşaqlarımız isti bir mühitdə dərs prosesində iştirak edəcəklər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları