Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 11:51:00
İcraçı direktor: “Jurnalistlərin tədbirdə iştirak etməsi üçün qanunda hər hansı bir məhdudiyyət yoxdur”

“Jurnalistlərin hər hansı bir tədbirdə iştirak etməsi üçün “Media haqqında” qanunda hər hansı bir məhdudiyyət yoxdur”.

 

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Media Reyestrinə daxil edilmək üçün jurnalistlərin özü müraciət etməlidir:

 

“Reyestrə daxil olmayan jurnalistlərin fəaliyyətində isə hər hansı məhdudiyyət yoxdur”.

 

O qeyd edib ki, jurnalistlər Media Reyesterində qeydiyyatdan keçməkdə sərbəstdirlər.

 

“Bu, o demək deyil ki, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər işləməyəcək, yəni heç bir məhdudiyyət yoxdur, jurnalist öz fəaliyyətinə davam edəcək. Təəssüflər olsun ki, bəzi ekspertlər “Media haqqında” qanun ilə bağlı yanlış müzakirələrə yol açırlar”.

 

Report