Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 19:49:00
M.İbrahimovun xatirəsinə həsr olunan “Zəfər Olimpiadası”nın birinci turu keçirildi

 

 

“Uniser Təlim-Tədris Mərkəzi”nin təşkilatçılığı, “Abşeron Logistika Mərkəzi” və “Uniser Group MMC”-nin tərəfdaşlığı ilə 9 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan müəllimlərarası “Zəfər Olimpiadası”nın birinci mərhələsi keçirilib.

 

Onlayn formada təşkil olunan birinci mərhələdə respublikanın bir çox bölgələrindən 650-ə yaxın müəllim iştirak edib.

 

Açıklama yok.

 

Birinci mərhələdə iştirakçılar ixtisaslarına uyğun olaraq Riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, Kimya, Biologiya, Fizika, Tarix, Coğrafiya fənlərindən 30 sual tapşırığını cavablandırıblar.

 

Növbəti mərhələdə hər ixtisas fənni üzrə yüksək nəticə göstərən 20 müəllim iştirak şansı qazanacaqdır. Qeyd edək ki, əgər bir neçə şəxs ilk 20-likdə eyni balı toplayarsa, sürətli cavablandırmaya əsasən seçim ediləcəkdir. 

 

İkinci mərhələ 23 oktyabr 2022-ci il tarixində əyani (kağız test daşıyıcıları) formada Uniser Təlim-Tədris Mərkəzinin binasında keçiriləcək.

 

Açıklama yok.

 

Bu mərhələdə hər ixtisas üzrə 10 müəllim seçiləcək. Hər ixtisas üzrə ilk üç yerin sahibinə kompüter, planşet, smart saat, digər yerlərin sahiblərinə isə iştirak sertifikatı və müxtəlif hədiyyələr veriləcək. Mükafatlandırma mərasimi 06.11.2022-ci il tarixində baş tutacaqdır.

 

Açıklama yok.

 

 

Ətraflı məlumat üçün bildirək ki, “Uniser Education” tərəfindən təşkil olunan “Zəfər Olimpiadası” 2021-ci ildən etibarən keçirilir.

 

Açıklama yok.

 

25.10.2021-ci il tarixində bu formatda  olimpiada Azərbaycan Respublikasının Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsinə həsr edilib. "Zəfər olimpiadası"nın fənlər üzrə ötənilki qaliblərini təqdim edirik:

 

Biologiya

 

  1. Nurlana Bağırova
  2. Günay Məlikova
  3. Fidan ismiyeva

 

Coğrafiya

 

  1. İsmayıl ibrahimov
  2. Orxan Məcidli
  3. Leyla Həsənova

 

Fizika

 

  1. Ələmdar Hüseynov
  2. Mustafa Azadov
  3. Tünzalə Mövlamova

 

Kimya

 

  1. Rahib Məmmədov
  2. Gülbəniz Məmmədova
  3. Lalə Əzizova

 

Riyaziyyat

 

  1. Zərqəm Əsədov
  2. Orxan Süleymanov
  3. Aynur Qurbanova

 

Tarix

  1. Vasif Şıxıyev
  2. Roland Məmmədov
  3. Şəmsi Abdulla

 

 

Açıklama yok.

 

Bundan əlavə Uniser Təlim-Tədris Mərkəzi peşəkar müəllim komandası ilə, Müəllimlərin İşə Qəbulu, Sertifikasiya hazırlıqları ilə müəllimlərə öz dəstəyini daim göstərməkdədir. Ödənişsiz dərslərə qoşulmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

_

Əlaqə vasitələri:

 

 +994 51 250 07 01

 +994 12 404 84 18

 +994 70 510 20 02

 

e-mail: [email protected]

_

Uniser TTM-in sosial media hesabları:

Facebook - www.instagram.com/uniser_education

İnstagram - www.facebook.com/uniseredu

Veb sayt - www.uniser.edu.az

WhatsApp - https://wa.me/994705102002