Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 10:30:00
Qızların təhsil göstəricilərinə görə ən yaxşı və ən zəif nəticə göstərən bölgələrimiz-30 ilin mənzərəsi 

 

11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir.

 

Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

 

Müasir dövrdə əsas məsələlərdən biri də dünya üzrə qızların təhsilə əlçatanlığının təmin edilməsidir. Xüsusilə gələcək üçün ali təhsilli qızların yetişdirilməsi cəmiyyətin diqqət mərkəzindədir.

 

Bəs ölkəmizdə vəziyyət necədir? Nə qədər qız ali təhsilə yönəlir?

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin 2021-ci ilə aid statistik məlumatlarına əsasən, son doqquz ildə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub.

 

Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fəqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (50.52%), rus bölməsində isə qızlar (51.17%) sayca üstünlük təşkil edib.

 

Məlum olduğu kimi 2019-cu ildə ilk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər (subbakalavrlar) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malik olmuşlar. Əgər subbakalavrları da nəzərə alsaq, ümumilikdə ərizə verənlərin sayı 93578 nəfər olub və onların 46.88%-i oğlanlar, 53.12%-i isə qızlar olub.

 

1993-2021-ci ili əhatə edən statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub. Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki, bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur.

 

No description available.

 

Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Masallı və Cəlilabad bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 29-43% təşkil edirsə, respublikanın şimalqərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 52-59%-dir.

 

No description available.

 

No description available.

 

Qeyd edək ki, 2022-ci ilin təhlilləri hələ yekunlaşmayıb.