Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 13:10:00
Pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün yenidən təlimlərə başlanılıb

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə yenidən start verib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır.

 

Təlimlərdə spiker qismində Təhsil İnstitutunun əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, həmçinin Müşərrəf Məmmədova, Gülnar Cəfərova, Əminət Diqanayeva çıxış edirlər.

 

Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikat təqdim olunacaq.

 

Təlimlər 4 həftə davam edəcək.