Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 12:55:00
UNEC-də beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dekabrın 2-3-də “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, konfrans universitetin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçtərəfli razılıq əsasında reallaşacaq.

 

Beynəlxalq konfransın keçirilməsində məqsəd rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və mümkün həlli yolları barədə geniş müzakirə aparılmasıdır. Konfransın işi plenar iclas və bölmələr üzrə təşkil olunacaq.

 

Konfransa tədqiqat xarakterli orijinal, əvvəllər heç bir yerdə dərc edilməmiş tezis və məqalələr təqdim olunmalıdır. Xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda, eyni zamanda, məqalələrin uyğun rəydən keçənləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilən UNEC-in “Elm xəbərləri” jurnalında çap ediləcək, “Scopus” və “Web of Science” bazalarına daxil olan jurnallara təqdim ediləcək.