Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 11:44:00
Şagird sıxlığının fərqində olmadığımız faciəvi səbəbləri – Valideynlər üçün SOS

 

 

Hazırda təhsil sahəsində əsas problemlərdən biri də siniflərdə yaşanan şagird sıxlığı ilə bağlıdır.

 

Həm yuxarı, həm də aşağı siniflərdə sıxlıq problemi ilə bağlı şikayətlər səsləndirilir. Hətta bəzi valideynlər yaşadıqları, yaxud ona yaxın ərazidə yerləşən məktəblərə övladlarını qeydiyyatdan keçirə bilmədiklərini qeyd edirlər.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu məsələnin cəmiyyətdə ciddi problem olduğunu qeyd edib:

 

”Məktəblərdə baş verən sıxlıq məsələsinə ciddi şəkildə yanaşmalıyıq. Çoxlu sayda şagirdi bir araya toplamaq düzgün deyil. Bu, fiziki sağlamlıq baxımından  ziyanlı məsələdir. Belə ki, havalar soyumağa başladıqda pencərələr örtülür, hamı eyni havanı qəbul etməyə davam edir. Yüksək sayda uşaq nəfəs yolları və yoluxucu xəstəliklərə məruz qalır. Bir nəfər qrip olduqda 45 şagirdin demək olar hamısına, onlardan da aailə üzvlərinə keçməsinəsəbəb olur”.

 

Sosioloq vurğulayır ki, sıxlıq ən çox xarakter etibari ilə formalaşmayan şagirdlərə təsir edir:

 

Sinifdə çoxlu sayda şagird olduqda onların bir qisminin çətin xarakterliliyini də nəzərə almalıyıq. Bu, da ailə və cəmiyyətdə gərginliyin yaranmasına səbəb olur. Ona görə də təhsilin digər pillələrində 30 nəfərdən 4-5-i çətin xarakterə malik şəxslər kimi formalaşırlar. Onlar təhsil səviyyələri ilə özlərini tətmin edə bilmədikləri üçün  dərs prosesini pozmağa yönəlirlər. Dərs zamanı özlərini adekvant aparmır, digər şagirdlərə də təsir edirlər, bu, da dərsin keyfiyyətinin aşağı düşməsinə səbəb olur”.

 

Ə.Qəşəmoğlunun sözlərinə görə müəllimlər də öz növbəsində çox şagirdə dərs keçməkdə çətinlik yaşayırlar:

 

Digər tərəfdən də müəllim bu sayda şagirdə nəzarət edə bilmir. Bir nəfər dərsə cavab verirsə, ona sıra  bir aydan sonra çatır. Bu, dərsin keyfiyyətinə zərbə vurur, müəllim tərbiyə işlərinə də nəzarət edir, şagirdlərə davranışları ilə bağlı tövsiyələr verir. Qrupda 12-13 nəfər olduqda, burada ailə mühiti formalaşır. Bu zaman səmimi münasibətlər sistemi yaranır. Amma şagirdlərin sayı 40-ı keçdikdə səmimi münasibət alınmır, orada sanki bazar effekti yaranır. Bu, bir tərəfdən dərsin keyfiyyətinə də zərər vurur”.

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları