Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-09 13:09:00
Sağlamlıq imkanları məhdud şagirdlərə STEAM təhsili necə aşılanacaq?-VACİB MƏSƏLƏ

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI qrant müsabiqəsində qalib gəlmiş layihələrin icrası prosesi həyata keçirilir. Müsabiqədə qalib olmuş  “STEAM – ƏNGƏL TANIMIR” - sağlamlıq imkanları məhdud həssas qruplara mənsub olan təhsilalanların STEAM təhsili ilə sosial inklüziyasına dəstək layihəsi  Bakı şəhəri, Binəqədi rayonu 283 saylı tam orta məktəbdə uğurla davam etdirilir. 26 Senyabr tarixində məktəb kollektivinin, şagirdlərin, mütəxəssissislərin iştirakı ilə icrasına başlanılmış layihənin açılış tədbirində çıxış edən məktəbin direktoru Sevinc Musayeva son ildə məktəbin nailiyyətlərini və qalib olmuş layihə haqqında iştirakçıları məlumatlandırıb.

 

Açıklama yok.

 

Oktyabr ayının  7-də Layihə Təşkilat komitəsinin növbəti tədbirində layihə rəhbəri Aygün Bədəlova 3 ay müddətində icra olunacaq layihə haqqında ətraflı məlumat vermiş, layihənin əhəmiyyətliyini qeyd edərək bildirib ki, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği işində Sağlamlıq İmkanları Məhdud (SİM) şagirdlərin STEAM təhsilinin səmərəsindən bəhrələnməsinə dəsk olmaq, evdə təhsilə cəlb edilmiş şagirdlərə STEAM səriştələrini öyrətməklə cəmiyyətə qazandrımaq layihənin əsas məqsədidir. Çıxış edən layihə rəhbəri, qeyd etdi ki, davamlı olaraq  ölkə prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğıya pedaqoji kollektivin də əzmkarlıqla yanaşması uğura aran yolun nəticəliliyidir.

 

Açıklama yok.

 

Layihə çərçivəsində ibtidai sinif səviyyəsində həssas qruplara aid STEAM səriştələrinin formalaşdırılması üçün ilə mütəsəssislərin dəstəyi ilə metodiki vəsaitin hazırlanması nəzərdə tutulub.  Layihənin icrası zamanı Sağlamlıq İmkanları Məhdud şagirdlərə STEAM təhsili verən pedaqoji heyətin formalaşdırılması üçün STEAM avadanlıqlaırndan istifadə bacarıqlarının öyrənilməsi, təkmilləşdirilməsi məqsədi ilə təlim – məsləhət xidmətinin təşkili olunacaqdır. Bundan əlavə bu gün cəmiyyətimizdə ən ağrılı yerlərdən biri olan, sağlamlıq durumuna görə məktəbdə tədris prosesinə qoşula bilməyən, evdə təhsil alan şagirdlərin STEAM təhsili və avadanlıqları ilə tanışlığının təmin edilməsi, toxunaraq öyrənmə üçün şəraitin yaradılması, kompetensiyalarının formalaşdırılması çox vacib amildir.

 

Açıklama yok.

 

Hazırda STEAM səriştələrinin formalaşdırılması üçün ilə mütəsəssislərin dəstəyi ilə metodiki vəsaitin hazırlanması prosesi gedir və yaxın günlərdə vəsait pedaqoji heyətin ixtiyarında olacaq.

Açıklama yok.

 

Açıklama yok.