Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 10:55:00
Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Yeni tədris ilində paytaxtda yeni məktəb binaları istifadəyə veriləcək. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır. 2 təhsil ocağının binası, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusu sökülərək, yenidən tikintisi həyata keçirilir. 

İdarədən o da bildirilib ki, bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılır. 

Qeyd edək ki, ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.