Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-20 16:44:00
Dərslər keçirilə bilmir,keyfiyyət aşağıdır-Sinif sıxlığı PROBLEMİ

 

Tədris ilinin yeni başlamasına baxmayaraq, şagirdlərin qarşılaşadığı əsas problemlərdən biri də sinif sıxlığı ilə bağlıdır.

 

Bir çox məktəblərdə mövcud olan siniflərdə 35-40 nəfər şagird təhsil alır.

 

Valideynlər bu məsələni hər məktəbdə təhsilin keyfiyyətinin yüksək olmaması və ərazinin yaxınlığı ilə əlaqələndirirlər.

 

AzEdu.az-a danışan  Azərbaycan Valideyn Müəllim Assosiasiyasının rəhbəri Şahin Rəcəbov problemin yaranmasının səbəblərindən söz açıb:”Sıxlıq məsələsi məktəb infrastrukturundan aslıdır. Həmçinin, bu problemin yaşanması sinif və otaqların komplekləşdirilməsi ilə bağlıdır. İndi bir çox məktəblər tikilir və əsaslı təmir edilir. Burada kommunikasiya məsələləri də nəzərə alınır. Növbəlilik prinsipi də valideynləri narahat edən mənfi hallardan biridir. Həmin nöqteyi-nəzərdən hansı məktəblərdə bu kimi hallar olursa, Elm və Təhsil Nazirliyi də bu istiqamətdə  infrastrukturun yenilənməsi ilə bağlı  tədbirlərini görməlidir. Elə məktəblər var ki,  ora daha çox valideyn müraciət edir. Onlar bunu ərazi baxımından təhsil müəssisəsinin yaxın olması və ya keyfiyyətli tədris nöqteyi-nəzərindən  etdiklərini düşünürlər. Əhalinin təhsil alması üçün məktəb infrastrukturu  elə qurulub ki, onlar arasında  müvafiq məsələlər var. Bəzən olur ki, bu və ya digər valideyn  hər hansı bir əsasla məktəbi seçir və ən çox ona can atır. Bu problem də həmin nüanslardan yaranmağa başlayır. Belə olduqda şagirdlərin sayı çoxalır və nəticə etibari ilə  siniflər komplekləşərkən daha çox şagird bir otaqda təhsil almaq məcburiyyətində qalır. Əlbəttə ki, bu, təhsilin keyfiyyətinə təsir edən amillərdəndir, normada bu sayın iki dəfə az olması  daha yaxşı olardı, yəni bu siniflər komplekləşərkən şagird sayı və bir müəllimin  dərsi tədris etməsi vacibdir. Düşünürəm ki, bu, ümumi  və obyektiv problemlərdən biridir”.

 

O, valideynlərin də məsələyə yanaşmasından söz açıb:”Valideynlər də burada bəzi məsələləri nəzərə almaları vacibdir. Rus bölməsi məsələsi də ortalığa çıxır, çünki  onlara da müraciət edənlərin sayı kifayət qədər olur. Şagirdlər norma sayında olsalar, həm müəllimlər üçün rahat olar, həm də dərslər lazimi səviyyədə keçirilə bilər. 20-25-dən çox uşaq olan siniflərdə  dərs prosesini tədris etmək də getdikcə çətinləşir. Bu baxımdan valideynlər,   məktəb rəhbərləri, eyni zamanda idarə və nazirliklər də bu istiqamətdə müəyyən optimal qərarlar verə bilərlər. Məktəb infrasturukturundan çox şey aslıdır. Bizim geniş məktəblərimiz tikildikcə  deyilən problemlər həllini tapacaqdır”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları