Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 17:29:00
Bu il Şuşa məktəblərindən 104 şagird tələbə adını qazanıb – 179 nəfər I sinifə gedib

 

 

“Şuşa şəhəri üzrə bu il 179 nəfər birinci sinifə qədəm qoyub”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin Şuşa Sektorunun müdir müavini Anar Məcidov deyib.

 

O, Şuşa təhsilinin son bir ildə əldə etdiyi nəaliyyətlərdən söz açıb:

 

Şuşa təhsil sektoru üzrə 2021-2022-ci tədris ilində rayonun ümumi təhsil məktəblərinin XI siniflərini 234 nəfər məzun bitirib. Onlardan 1 nəfəri gümüş nişan, 5-i isə fərqlənmə attestatı alıb.

 

IX sinifləri 369 nəfər məzun bitirib, onlardan 7-i fərqlənmə attestatı alıb.

 

XI sinfi bitirən məzunlardan 164 nəfər ali məktəblərə sənəd verib, onlardan 104 nəfəri tələbə adını qazanıb. 2022 - 2023 cü dərs ilində I sinifə 719 nəfər qəbul olunub”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları