Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 16:37:00
Dayıları şəhid olan əkiz qardaşlar – Portreti ilə salamlaşıb sinifə girirlər-FOTO

 

Bu gün ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur.

 

Lakin mənfur qonşularımızın sərhəd zonasında törətdiyi təxribat nəticəsində 71 hərbi qulluqçumuz şəhid olduğundan builki “Bilik Günü” təntənəli şəkildə keçirilmədi.

 

 

Tədris ilinə başlayan şagirdlər arasında Bakı Şəhər 18 nömrəli tam orta məktəbin 4Ç sinif şagirdləri olan əkiz qardaşlar da yer alır.

 

 

Belə ki, Yusif və Nurulla Meybullayevin dayıları Aqşin Novruzov 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcər uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

 

Nurulla dayısını xoş xatirələrlə yada salır:

 

Dayım Aqşin Novruzov 1998-ci ildə anadan olub. O, 2020-ci ildə 44 günlük müharibə zamanı Kəlbəcər ərazisində şəhidlik zirvəsinə ucalıb. Cəbrayıl və Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif olunub.

 

 

Dayımızı çox xoş təəssüratlarla xatırlayırıq. O, bizə həmişə mehriban davranmağa çalışardı, hər zaman sevgisini göstərərdi. Ailədə 3 uşağıq, iki qardaş, bir bacı. Bacım anadan olandan sonra dayım onu cəmi bircə  il görə bildi.  Daha sonra isə hərbi xidmətə yollandı. Onunla zooparka getdiyimiz günləri xatırlayıram, çox səmərəli vaxt keçirirdik.

 

 

Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”.

 

 

Yusif də dayısına Allahdan rəhmət diləyir:

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hazırda döyüşdə olanlara Allah kömək olsun”.

 

 

Əkizlərin gələcəklə bağlı da istəkləri də  çoxdur:

 

 

Nurulla həkim olmaq niyyətindədir:

 

Gələcəkdə həkim olmaq istəyirəm. Ən çox təsviri incəsənət və texnologiya fənlərini sevirəm. Qiymətlərimin çoxu “5”-dir. İngilis dilindən 4 almışam”.

 

 

Yusif də dərsləri haqqında məlumat verib:

 

Dərslərimi yaxşı oxuyuram, qiymətlərim 4-5-dir. Texnologiya, təsviri incəsənət, riyaziyyat və Azərbaycan dili kimi fənlərdən qiymətlərim 4-dür, qalanlar isə 5”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları