Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 10:22:00
Bakı məktəblərinə bu il nə qədər birinci gedəcək? - RƏQƏMLİ  TƏHSİL 

Bakıda yerləşən 660 təhsil müəssisəsində ilk dəfə dərsə başlayan şagirdlərin sayı açıqlanıb. 

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

 

Qeyd edilib ki, Bakıda 320 ümumi təhsil məktəbi, 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumi təhsil məktəblərində 28 739 müəllim çalışır və 485 000-ə yaxın şagird təhsil alır.

 

Məktəbəqədər təhsil müəssisələrində isə tədrisə 36 465 uşaq cəlb olunub, 4 290 tərbiyəçi-müəllim çalışır. 

 

Məktəbəhazırlıq qruplarına gəlincə 2022-2023-cü tədris ili üzrə proqnoza əsasən, 281 ümumi təhsil müəssisəsi, 1 185 məktəbəhazırlıq qrupu, 29 000-dən çox beşyaşlının məktəbəhazırlığa cəlb olunması nəzərdə tutulur.

 

46 000-dən çox şagird bu gün birinci sinifə gedir. Onlardan 45 784 nəfər ümumi təhsil məktəbləri üzrə, 326 nəfər isə lisey və gimnaziyalar üzrə tədrisə başlayacaq. 

 

Bakıda 8 yeni məktəbin inşası başa çatdırılıb, 4 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb.

 

Ehtiyac olan məktəblərdə cari təmir və mühəndis-kommunikasiya işləri yerinə yetirilib. Dərsliklər və müəllimlər üçün metodik vəsaitlər məktəblərə çatdırılıb