Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 10:14:00
Atasının adını daşıyan şəhid oğlu 1-ci sinfə getdi - FOTO  

Bu gün yeni dərs ilinin başlanması ilk dəfə məktəbə gedən birincilər üçün xüsusilə əlamətdar tarixdir. Bu il ilk dəfə məktəb qapısını açan 6 yaşlı uşaqlar arasında şəhid övladları da var.

Belkə uşaqlardan biri də Naxçıvan şəhərindən olan “Aprel şəhidi” Qabil Orucəliyevin oğlu Qabildir.

Atası şəhid olmazdan 4 gün əvvəl, 2016-cı ilin 29 mart tarixində dünyaya gəlmiş balaca Qabil atasının ad-soyadını yaşadır.
 

Leytenant  Qabil Orucəliyev  1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. 2016-cı ilin aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. O zaman hər kəs onu "övladının üzünü görməyən zabit" kimi tanımışdı. Çünki Qabil şəhidliyə qovuşmazdan cəmi 4 gün əvvəl ilk övladı dünyaya gəlmişdi.

Şəhid leytenant Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Şəhid Qabil Orucəliyevin oğlu Qabil Orucəliyev

 

modern