Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-13 15:47:00
“Valideyn tək 15 sentyabrda deyil,  adi günlərdə də müəllimə gül-çiçək verə bilər”- Yazılmamış “qanun”

 

“Valideyn  adi günlərdə də müəllimə gül-çiçək verə bilər”- 15 sentybarın yazılmamış “qanun”u

 

 

“Hədiyyə vermək valideynin mütləq borcu deyil”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Valideyn Müəllim Assosiasiyasının rəhbəri Şahin Rəcəbov deyib.

 

 

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Bir çox valideyn istəyir ki, 15 sentyabrda övladının müəlliminə xüsusi hədiyyələr alaraq, ona gül-çiçəklər təqdim etsin. Lakin bəzi valideynlərin də bu kimi hədiyyələr almağa imkanı çatmır. Vəziyyət belə olduqda tədris sahəsində sosial bərabərsizlik kimi nüanslar ortaya çıxır.

 

 

AVMA-nın rəhbəri qeyd edir ki, bu kimi halların sayı kəskin azalıb:

 

Hədiyyələrin verilməsi valideynin öz təşəbbüsü sayəsində həyata keçirilə bilər. Təşkilat olaraq bildirmək istəyirik ki, izafı xərclərin çəkilməsinə ehtiyac yoxdur. Çünki bu, məcburi xarakter daşımır və  insanlara bunu bildirmişik. Onu da əlavə edim ki, valideynlər rahat şəkildə övladlarını məktəblərə apara bilərlər”.

 

 

O, vurğulayır edir ki, valideynlərin hansısa hədiyyə verməsi ilə bağlı tələb yoxdur:

 

 

Eyni zamanda onların özlərinin də müxtəlif təşəbbüsləri ola bilər, çünki o, məktəb ailəsinin bir üzvüdür, müəllim də şagird üçün müqəddəs  insandır. Buna görə də valideyn və müəllimin əməkdaşlığı təbii xarakter daşıyır. Burada mütləq deyil ki, hansısa hədiyyə təqdim edilsin. Keçmiş zamanlarda valideynlər müxtəlif yaxşı təşəbbüslər irəli sürərək, gül-çiçək hədiyyə ediblər. 15 sentyabrda isə hədiyyə aparılmır, daha çox gül dəstələri verilir. Bu, da öz növbəsində ab-havanın yaxşı olması istiqamətində valideynlərin içindən gələ bilər. Burada qeyri-adi heç nə yoxdur, valideyn də istəyir ki, övladını öyrədən insanı gül-çiçəklə qarşılasın. Bunun üçün mütləq şəkildə 15 sentyabrın olması gərək deyil, bu, adi günlərdə də baş verə bilər. Övladını məktəbə apararkən təmtəraqlı şəkildə onu yola salmaq valideynin istəyidir. Amma belə bir tələb və məcburiyyət yoxdur. Bunu da hər valideynin etməsinə gərək yoxdur, sadəcə olaraq  valideynin şəxsi təşəbbüsü sayəsində baş tuta bilər. Hədiyyələrin verilməsi ilə bağlı dövlət orqanları və məktəblər də  bildirib ki, belə nüansların edilməsinə qəti şəkildə ehtiyac yoxdur. Bu kimi hadisələrin rəsmi şəkildə icma tərəfindən edilməsinə razıyam. Misal olaraq, hansısa müəllimin ad günü və ya digər özəl zamanlarında məktəb daxilində olan icmalar rəsmi surətdə protokola qeyd etməklə müəllimlərini bu və ya digər şəkildə  qiymətləndirə və ona hədiyyə  ala bilərlər. Həmçinin, yaşı çatan müəllimləri yola salarkən onlar üçün müxtəlif təqdimatlar da keçirilə bilər. Burada  pis bir şey yoxdur, qəribəlik axtarmağa isə ehtiyac yoxdur. Sadəcə bunu rəsmi şəkildə protokola qeyd etməklə qanunvericiliyə uyğun olaraq hamının gözü qarşısında təntənəli şəkildə etmək mümkündür. Mənə də elə gəlir ki, bundan narazı qalan olmaz. Yoxsa, valideynlərin hamısının ayrı-ayrılıqda hədiyyə gətirməsinə  və xərcə düşməsinə ehtiyac yoxdur. Valideynin bunu özündə öhdəlik kimi hiss etməsinə ehtiyac yoxdur. Çünki onların daxilində  imkansızlar çoxdur və ona görə də sosial bərabərliyi gözləmək lazımdır. Hədiyyə vermək valideynin mütləq borcu deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları