Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-12 11:55:00
"Standart kreditlərin faizinin 5-ə endirilməsi arzuolunandır"-DEPUTAT

 

"Faizlərlə bağlı zaman-zaman müzakirələr aparılır. Sosial kreditlər üçün 2 faiz çox gözəl və uyğundur".

 

AzEdu.az xəbər verir ki,bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Təhsil Tələbə Krediti Fondunun hesabat tədbirində qeyd edib.

 

O, fondun məqsədindən söz açıb:"Standart kreditlərdə 6 faizin 5-ə endirilməsi məsələsinə baxılması arzuolunandır. Nəzərə alaq ki, burada fondun əsas məqsədi kommersiya maraqları deyil, təhsilin əlçatanlığının təmin edilməsidir. Bu baxımdan faizin 5-ə endirilə bilər".