Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-12 11:10:00
Tələbə krediti alanlara ŞAD XƏBƏR-Notariata getməyə ehtiyac QALMAYACAQ

 

"Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mobil notariat tətbiqini Təhsil Tələbə Krediti Fondu ilə əlaqələndirmişik."

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev qeyd edib.

 

O, qeyd edib ki, tələbələr rahat şərait yaradılıb:

 

 "Əvvəl tələbə kredit üçün müraciət edərkən notariata yaxınlaşaraq ərizəsini təsdiqlədirdi. Artıq 18 yaşı tamam olan tələbələr fərdi şəkildə mobil tətbiq vasitəsilə ərizəni təsdiq edib, kredit üçün müraciət edəcəklər”.