Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-11 13:58:00
AzTu-ya sənəd qəbulu davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

 

Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

 

Sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.

 

Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.