Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-09 14:15:00
Türk Standartları İnstitutunun sədri AzTU-ya səfər edib

Türk Standartları İnstitutunun (TSE) sədri Mahmud Sami Şahinin başçılıq etdiyi nümayədə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev AzTU-da görülən işlər, həmçinin tədrisin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər haqqında qonaqlara məlumat verib. Qeyd olunub ki, AzTU TSE ilə metrologiya və standartlaşma sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Belə ki, metrologiya və standartlaşma sahəsində işlərin müasir standartlar səviyyəsində qurulması üçün yeni yanaşmalar tələb olunur. Bu mənada AzTU TSE-nin təcrübəsindən yararlana bilər.

TSE-nin sədri Mahmud Sami Şahin AzTU-da olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, TSE-nin standartlaşdırma və keyfiyyətlə bağlı tədris proqramlarının AzTU-da istifadə olunması, həmçinin bu sahədə laboratoriya və mərkəzin qurulması istiqamətində universitetə dəstək göstərə bilərlər.